Azərbaycan təhsilindəki rüşvətin sadə izahı... 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan təhsilindəki rüşvətin sadə izahı... 

Xalqın səsi

16 Aprel 2022 18:23 1115


“Dəfələrlə izah etmişəm, bir də deyim. Təsəvvür edin ki, uşağı buradan məktəbdən çıxarıb aparırsan Amerikaya, işin var, o da səninlə gedir. Ömründə ingilisdilli məktəbdə oxumayıb. Düzdür, burada əlavə müəllimi olub”.
 
“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə ictimai xadim Altay Göyüşov yazıb. O, öz fikirlərini belə davam etdirib:

“İndi gəlirsən, Amerikada məktəbə yazdırırsan. Sənədi verirsən ki, filan sinfi qurtarıb. 

Deyir keç otur, həmin sinfin proqramına uyğun bir test edəcəyik. Uşaq keçir testi verir, gəlirsən cavabını almağa. 

Yoxlayan deyir ki, bəs bu uşaq çox yüksək səviyyədə cavab verib riyaziyyatdan, ingilis dilində qüsurlar var. Amma dili öyrənəcək, problem yoxdur, bəlkə riyaziyyat cavabını nəzərə alaraq, bunu bir sinif yuxarı qoyaq?  Marqarita pizza

Valideyn deyir ki, yox, əziyyətə düşməsin, elə 5-i qurtarıb, qoy 6-ya getsin. 

Həmin uşaq bir ildən sonra qayıdır Bakıya. Yəni valideynin orada işi qurtarır, uşaq da onunla qayıdır. 

Aparırsan öz məktəbinə bərpaya. Uşaq əlaçı olub. Direktor deyir ki, yox e, bu proqramdan bir il dala qalıb, onların proqramı ayrı, bizimki ayrı. Valideyn deyir ki, bəlkə bir imtahan edəsiniz. Direktor deyir ki, indi mən onu bütün proqramdan necə imtahan edim? 

Deyirsən ki, a kişi, bu adam dili bilmədiyi ölkədə məktəbə getdi, iki fəndən imtahan elədilər, götürdülər, hələ bir sinif yuxarı götürmək istəyirdilər. Çox sağ olun, bunda sizin də əməyiniz var. 

Qayıdır ki, onlar ayrı, biz ayrı. Nə isə, valideyn bir müsibətlə, ay nazirlik, ay filan, axırda 500 manat rüşvət verib, uşağı bərpa etdirir öz məktəbinə.


İnsan mərkəzli, yəni məqsədi vətəndaşın işini asanlaşdırmaq olan məmurlu sistemin, mahiyyəti vətəndaşın işini çətinləşdirmək olan məmurlu sistemlə fərqi budur.

Bu olmuş hadisədir, şəxsən bilirəm”.

Şərhə ehtiyac varmı? 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!