“Azərbaycan tərəfi bizə çatdırdı ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq” - Arutyunyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan tərəfi bizə çatdırdı ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq” - Arutyunyan

Siyasət

06 Mart 2023 20:50 5753


“Azərbaycan tərəfi bizə dedi ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan deyib.

“İkinci görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışdı, lakin cənab Şahramanyan bunun qarşısını aldı. Toyuqlu pizza

Azərbaycan tərəfi öz kanalları ilə bizə çatdırdı ki, ya inteqrasiya siyasətini qəbul edirsiniz, ya da mövcud problemlərin həlli olmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq.

Bizim seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdiririk, ya da cəmiyyətdə elə fikirlər varsa, Azərbaycanın təqdim etdiyi təklifi qəbul etməliyik. O zaman insanların öz vətəndaş hüquqları çərçivəsində çıxış etmək imkanı var. Bu əhval-ruhiyyələri formalaşdırsaq, onda “ölkədə” yeni hökumət qurmaq üçün bizim seçdiyimiz yol səhv yoldur”, – deyə Arayik bildirib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!