“Azərbaycan torpaqlarını hərb yolu ilə geri qaytara bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan torpaqlarını hərb yolu ilə geri qaytara bilər”

Rəsmi

04 Aprel 2019 00:40 1028


“Müstəqil Azərbaycanın Aprel zəfərindən artıq 3 il ötür. Məhz təqvimin bu günü, bu qələbə müasir tariximizin şanlı səhifələrindən biridir. Güclü Ordumuz, qorxmaz Azərbaycan əsgəri düşmənin neçə ildir formalaşdırdığı mifi dağıdaraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirdi, bununla da nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”. 

“Yeni Sabah” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, ordumuz sübut etdi ki, əgər sülh danışıqları bir nəticə verməzsə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə geri qaytara bilər: “Bu gün Azərbaycan Ordusu ən müasir texnika, silah və sursatla təmin edilir. Bu amil isə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Bu amil isə Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin üstünlüyünü təmin edən əsas faktorlardan biri kimi çıxış edir”. 

V. Rəhimzadə vurğulayıb ki, Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa ediləcək: “Sözsüz ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyində heç bir dəyişiklik yoxdur. Torpaqlarımız işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalı, regionda sülh və sabitlik bərqərar edilməlidir. Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq birlik qarşısında tələbi budur. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır”. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!