“Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır”

Siyasət

07 Aprel 2023 18:37 578


Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün dövrlərdə dünya üçün nümunədir. Tarixən həm sevincli, həm də kədərli anlarda biri-birinin yanında olan iki qardaş ölkə dünyaya əsl qardaşlıq nümunəsini nümayiş etdirirlər.  44 günlük İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin daha da möhkəmləndiyi, müttəfiqliyin, qardaşlığın gələcək inkişafı üçün  hüquqi bazanın yaradılması diqqətdən kənarda qala bilməz.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. İki dost ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında dostluq körpüsü rolunu oynayır. Artıq regional çərçivəni aşaraq beynəlxalq müstəviyə keçən əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıq formatlarının yaradılması, hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün Azərbaycan və Türkiyənin göstərdiyi birgə səylər göz önündədir.   Pepperoni pizza

YAP Xətai rayon təşkilatının sədri iki qardaş ölkənin yeni texnologiyaların inkişafı sahəsində əməkdaşlığından, gələcək əlaqələrin inkişafına gənclərin  töhfələrindən də bəhs edib. Bildirib ki, ötən il 28 May-Müstəqillik Günündə ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü kimi dəyərləndirildi. Bu, eyni zamanda, bütün dünyaya Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajı oldu. 

Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini önə çəkərək bu məqama diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev təkcə cari ilin ötən dövründə iki dəfə Türkiyəyə səfər edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox məqamların təqdimatında öz sözünü dedi. 

YAP Xətai rayon təşkilatının sədri dost Türkiyənin son 20 ildə Prezident  Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini, dünyada söz sahibi olduğunu, güc mərkəzinə çevrildiyini də xüsusi qeyd edib. 

Vüqar Rəhimzadə onu da əlavə edib ki, aprelin 4-də Prezident İlham Əliyevə Türkiyənin son texnoloji məhsullarından olan “Togg” elektromobilinin təqdim olunması dünyaya verilən çox önəmli mesajlardan biridir. Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafını sürətləndirir ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edən addımlara stimul verir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!