“Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Qardaş ölkədə böyük dağıntılara, insan tələfatına səbəb olan təbii fəlakətin yaratdığı acını Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz, xalqımız ilk gündən səfərbər oldu".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, zəlzələnin baş verdiyi gün dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək zəlzələ zamanı həlak olanlarla bağlı türkiyəli həmkarına, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Dominos pizza
YAP Xətai rayon təşkilatının sədri diqqəti Prezident İlham Əliyevin fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən səfirlə söhbət zamanı səsləndirdiyi fikirlərə yönəldib: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də yaxşı günlərdə, çətin günlərdə Azərbaycanın yanındadır. Azərbaycan xalqı da bütün varlığı ilə Türkiyənin yanındadır”.
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş ölkəyə göndərildi və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başladılar.
“Çox da uzaq olmayan tarixə - 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir. Türkiyə Prezidenti ilk gündən “Azərbaycan tək deyil” bəyanatını səsləndirdi və sonadək dəstəyini əsirgəmədi. Müharibənin hər gününü xalqımızla birgə yaşayan qardaş Türkiyə xalqının tarixi Zəfərimizi necə coşğu ilə qeyd etdiklərini sözlə ifadə etmək belə mümkün deyil. Küçə və meydanlarımızı iki dost ölkənin bayraqları bəzədi. Budur, dostluq, qardaşlıq, sıx tellərlə bağlılıq. Dünyaya örnək olan bu birlik hər gün daha da möhkəmlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il ölkəmizdə keçirilən “TEXNOFEST Azərbaycan” festivalında səsləndirdiyi fikirləri bir daha yada salmaq istərdik: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq… Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”,- deyə YAP Xətai rayon təşkilatının sədri qeyd edib.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.
YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatımızın davamlı inkişafına böyük töhfələr verən SOCAR-ın bu prosesdə fəal iştirakını xüsusi qeyd edib: “SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir. İnvestisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir.”
Telegram kanalımız