Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edildi - Foto

Siyasət

26 May 2022 18:24 880


Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib. pizza mizza

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin göstərdiyi dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Türkiyənin milli müdafiə nazirinin müavini isə öz növbəsində Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!