Azərbaycan-Türkiyə müştərək texnoparkının yaradılması müzakirə edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə müştərək texnoparkının yaradılması müzakirə edildi - Fotolar

Siyasət

28 Oktyabr 2021 19:19 956


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Türkiyə Respublikası sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, görüş zamanı Bakı şəhərində müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı bu sahədə Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi barədə razılığa gəlinib. Dördpendirli pizza

Görüşdə, həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Türkiyə sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin görüşüRəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Türkiyə sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin görüşü

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!