“Azərbaycan-Türkiyə qardaşlığı yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına da təsirini göstərəcək”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan-Türkiyə qardaşlığı yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına da təsirini göstərəcək”

Siyasət

18 Dekabr 2021 08:22 607


“Bərabər yürüdük biz bu yollarda” kitabında əksini tapan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları gələcək nəsillər üçün mühüm irs, mayakdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri adıçəkilən kitabın Ankarada keçirilən təqdimatı çərçivəsində verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə xalqlarının indiki nəsli çox xoşbəxtdir. Çünki tarixi köklərə bağlı olan çoxəsrlik əlaqələrimizdə Azərbaycan-Türkiyə münasibətləri zirvələrə çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildən Şuşa Bəyannaməsi imzalanan qədər etdikləri çıxışlar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edir. Bu qardaşlıq yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına da öz təsirini göstərəcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!