Azərbaycan Türkiyədən metal idxalını kəskin artırdı – Səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Türkiyədən metal idxalını kəskin artırdı – Səbəb nədir?

İqtisadiyyat

15 Mart 2026 11:31 485


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 20,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Yeni Sabah" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 10,999 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 30,6 % çoxdur. Marqarita pizza

İki ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 7 % artaraq 2,173 milyard ABŞ dollarına, fevral ayında isə 7,7 % artaraq 1,099 milyardABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 252,656 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,5 % çox), İtaliya 177,935 milyon ABŞ dolları (+0,2 %) və Bolqarıstan 130,63 milyon ABŞ dolları (+22,2 %) dəyərində həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!