“Azərbaycan üçün əsgərliyə gedərəm” – Türk aktyor

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan üçün əsgərliyə gedərəm” – Türk aktyor

Mədəniyyət

07 Avqust 2020 09:27 1117


Türkiyəli aktyor Tamer Karadağlı Azərbaycan üçün əsgərliyə gedə biləcəyini deyib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əsilli sənətçi verilişlərin birində qonaq olarkən ölkəmiz barədə danışıb. 

O, ailələrində hər zaman Azərbaycan mədəniyyətinin olduğunu bildirib:  Sezar pizza

“Azərbaycan üçün darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar”. 

“Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına isə aktyor “Hə” cavabını verib: 

“Məni bu yaşdan sonra aparmazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Çünki bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!