Azərbaycan UEFA-nın TOP-10-luğunda

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan UEFA-nın TOP-10-luğunda

İdman

26 Sentyabr 2025 14:10 414


Azərbaycan bu mövsüm UEFA-nın əmsallar reytinqində ən çox xal qazanan ölkələrin TOP-10-luğundadır.

Yenisabah.az xəbər verir ki, 2025/26 mövsümünə Avropa kuboklarına 4 komanda ("Qarabağ", "Sabah"", "Zirə", "Araz Naxçıvan") ilə qatılan ölkəmiz ümumən 4,375 əmsal toplayıb ki, bunun da böyük hissəsi "Qarabağ"ın payına düşür.

Bu nəticə ilə Azərbaycan hazırda siyahıda 10-cu pillədədir. İlk 2 yerdə isə müvafiq olaraq Danimarka (6,125 əmsal) və Portuqaliya (6,000) qərarlaşıb. Marqarita pizza

Bir mövsüm ərzində yekunda ən çox əmsal toplayan ilk 2 ölkənin komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında əlavə bir yer qazanır.

Xatırladaq ki, son 5 mövsümün nəticəsinə əsasən isə Azərbaycan 21,500 əmsalla 55 milli assosiasiya arasında 25-ci yeri tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!