Azərbaycan və Almaniya liderləri arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Almaniya liderləri arasında telefon danışığı oldu

Siyasət

18 Mart 2026 09:13 428


Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

“Yeni Sabah” xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib. Sezar pizza

Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!