Azərbaycan və Britaniya arasında qərargah danışıqları keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Britaniya arasında qərargah danışıqları keçirildi

Maraqlı

20 Oktyabr 2023 16:07 384


Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında “6-cı Qərargah danışıqları”na dair görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə əsasən təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Humanitar sahə, eləcə də minatəmizləmə tədbirləri üzrə keçiriləcək təlim və treninqlərə töhfə məsələləri haqqında danışılıb. Tərəflər birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə ediblər. pizza hut

Böyük Britaniya tərəfindən təşkil edilən kurslarda iştirak etmiş hərbi qulluqçularla görüş keçirildikdən sonra qarşılıqlı hədiyyələr təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!