Moskvada MDB İqtisadi Şurası çərçivəsində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin qeyri-rəsmi görüşü keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə APA xəbər yayıb.
Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşüb. Baş nazir müavinlərinin görüşü Moskvada MDB İqtisadi Şurası çərçivəsində baş tutub. Dördpendirli pizza
Qeyd olunur ki, dar tərkibdə keçirilən iclasdan sonra yaranmış fasilə zamanı baş nazirin müavinləri dörd dəqiqəyə yaxın ayaq üstə danışıblar. Bundan sonra onlar İqtisadi Şuranın geniş tərkibdə iclasında iştirak ediblər.
Cümə günü səhər Azərbaycan Ermənistanı üç sərhəd rayonunu atəşə tutmaqda ittiham edib. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan tərəfindən yeni təcavüz ehtimalı yüksək olaraq qalır.
Telegram kanalımız