Azərbaycan və Ermənistan birgə komissiya yaradır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan birgə komissiya yaradır

Siyasət

07 Aprel 2022 09:29 593


Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəlib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir.

"Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. pizza sifarişi

Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası;

sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək", - deyə bəyanatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!