Azərbaycan və Ermənistan dəmir yollarının açılması ilə bağlı konsensusa yaxınlaşdı   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan dəmir yollarının açılması ilə bağlı konsensusa yaxınlaşdı - RƏSMİ

Siyasət

27 Oktyabr 2021 19:21 2271


Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib.

O qeyd edib ki, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir. pizza hut

“Avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur. Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”, - deyə nazir müavini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!