Azərbaycan və Ermənistan nazirlərinin görüşünə hazırlıq gedir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan nazirlərinin görüşünə hazırlıq gedir

Siyasət

25 Fevral 2019 21:19 830


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri görülür.

"Yeni Sabah" xəbər verir ki, bunu brifinq zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib.

“Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir”, - deyən L.Abdullayeva bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri zamanı da müzakirə olunduğunu qeyd edib. Dördpendirli pizza

“Görüşün dəqiq yeri və tarixi hələlik təyin olunmayıb", - XİN sözçüsü bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!