Azərbaycan və Ermənistan rəsmilərinin görüşü başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan rəsmilərinin görüşü başlayıb

Siyasət

30 Avqust 2022 14:24 987


Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası başlayıb. 

Modern.az xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada təşkil olunub.

Görüş zamanı nəqliyyat-kommunikasiya və delimitasiya məsələləri müzakirə olunacaq. Danışıqlar mətbuata qapalı keçirilir. Dominos pizza

Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın bugünkü görüşü Rusiya tərəfinin məşvərətçi yardımı əsasında baş tutub.

Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Nikol Paşinyanın müavini Mqer Qriqoryandır.

Dövlət rəsmilərinin ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!