Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyası Şurasının Alma-Atada keçirilən iclasında mübahisə ediblər.
Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, A. Simonyan çıxışı zamanı Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu iddia edib.
Öz növbəsində, S.Qafarova görüşün yekun hissəsində çıxış edərək rəsmi Bakının mövqeyini çatdırıb: “Azərbaycanın guya atəşkəs rejimini pozması ilə bağlı yayılan məlumatlar həqiqətə əsla uyğun deyil. Onun suveren ərazisinə qanunsuz daxil olmuş qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat törətməyə cəhd göstərib. Silahlı qüvvələrimizin tədbirləri nəticəsində onlar geri çəkilməyə məcbur olub". Dördpendirli pizza
S.Qafarovanın sözlərinə görə, Azərbaycan 10 yanvar 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb. “Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, Ermənistandır”, - deyə spiker vurğulayıb.
Qafarova, həmçinin erməni ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını tələb edib. O qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib.
Milli Məclis sədrinin sözlərinə görə, 10 yanvar 2020-ci il tarixli bəyanatı imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar.
Bu bəyanatlara cavab olaraq Simonyan vurğulayıb ki, “pozuntular təkcə Ermənistan Respublikası tərəfindən deyil, həm də bu ərazidə qarant olan Rusiya Federasiyası tərəfindən qeydə alınıb”.
"Bir daha demək istəyirəm: Ermənistan Azərbaycana sülh müqaviləsinin bağlanması ilə əlaqədar dərhal danışıqlara başlamağı təklif edir", - deyə Simonyan əlavə edib.
Azərbaycan Milli Məclisinin rəhbəri cavabında bəyan edib ki, Bakı dəfələrlə İrəvana erməni tərəfinə çox yaxşı məlum olan beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib.
“Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”, - deyə Simonyan müzakirəni yekunlaşdırıb.
Telegram kanalımız