Azərbaycan və Ermənistan ziyalıları Moskvada nədən danışıblar? 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan ziyalıları Moskvada nədən danışıblar? 

Siyasət

27 Dekabr 2021 08:49 1353


Bu günlərdə Azərbaycan və Ermənistandan olan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Görüşdə iştirak edən Ayaz Salayev bildirib ki, sözügedən təmas tanışlıq məqsədi daşıyıb. Yəni ziyalılar müharibədən sonra bir-birlərinə olan münasibəti daha yaxından izləmək və aydınlaşdırmaq istəyiblər. Onun sözlərinə görə, sözügedən görüş ziyalıların timsalında Ermənistanda olan ab-havanı hiss etmək, erməni xalqının vəziyyətini öyrənmək baxımından vacibdir. pizza sifarişi

Ayaz Salayev bildirib ki, görüş zamanı erməni ziyalıların yumşaq ritorikası diqqət çəkib. Bu isə başadüşüləndir. Çünki 44 günlük müharibədən Azərbaycan xalqı qalib, onlar isə məğlub kimi çıxıblar. Müharibədən sonra ziyalıların ilk görüşününün sərin atmosferdə keçdiyini deyən Ayaz Salayev növbəti görüş üçün konkret danışıqların aparılmadığını söyləyib.

O əlavə edib ki, görüşdə azərbaycanlı ziyalılar mina xəritələrinin qeyri-dəqiqliyini, bu səbəbdən də azad edilmiş ərazilərdə real təhlükənin olmasını diqqətə çatdırıblar. Ermənilər isə saxlanan hərbçilərin geri qaytarılması ilə bağlı düşüncələrini ifadə ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Azərbaycanda gözəl atalar sözü var:İlanın ağına da lənət, qarasına da.
    4 years ago