Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalandı

Siyasət

04 Fevral 2023 15:55 696


Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb. Pepperoni pizza

Nazir bildirib ki, bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!