Azərbaycan və Özbəkistan arasında iki sənəd imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Özbəkistan arasında iki sənəd imzalandı

Siyasət

01 Aprel 2022 19:42 723


Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci il üçün "Yol xəritəsi"nin imzalanması mərasimi keçirilib. pizza hut

Hər iki sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Qanunverici orqanların rəhbərləri bu sənədlərin parlamentlər arasında əməkdaşlığın daha da dərinləşməsinə, qanun yaradıcılığında təcrübə mübadiləsinin genişlənməsinə əsaslı töhfə verəcəyinə inamlarını ifadə ediblər.

Qeyd olunub ki, qanunverici orqanlar arasında münasibətlərin inkişafı ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!