Azərbaycan və Pakistan HHQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Pakistan HHQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Siyasət

29 İyun 2022 18:54 695


İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb. pizza mizza

Marşal Z.Sidhu da öz növbəsində bildirib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsil almaları, eyni zamanda ölkəsinin HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçmələri iki dövlət arasında hərbi aviasiya sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Görüşdə Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!