Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlar

Siyasət

26 Oktyabr 2022 23:19 829


Oktyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının müdafiə istehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşündə hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər.

Müdafiə Sənayesi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər. pizza sifarişi

Qeyd edək ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1 000-ə yaxın yerli və xarici şirkət qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!