Azərbaycan və Rumıniya  turizm əlaqələri müzakirə olunub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Rumıniya turizm əlaqələri müzakirə olunub

Sosial

13 Fevral 2019 22:10 800


Dövlət Turizm Agentliyinin sədri  Fuad Nağıyev və Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu ilə fevralın 13-də görüş zamanı iki ölkə arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi  müzakirə olunub. 

“Yeni Sabah” xəbər verir ki, görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmi və ekoturizm üzrə mövcud təcrübəsinin Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.

Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!