Azərbaycan və Rusiya arasında yeni protokol - Prezidentdən fərman

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Rusiya arasında yeni protokol - Prezidentdən fərman

Siyasət

26 İyul 2022 19:15 1072


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, Prezidentin fərmanında deyilir:

"2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilsin. Dominos pizza

Bu fərmanın 1-ci hissəsində göstərilən protokol qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!