İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC və Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Məlumata görə, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin istehsalını nəzərdə tutur. Toyuqlu pizza
Memorandumu “Azərmaş”ın sədri Emin Axundov və "Sollers"in baş direktoru Nikolay Sobolev imzalayıblar.
Telegram kanalımız