Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı - Foto

Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı - Foto

Din

12 Oktyabr 2021 18:37 3654


Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

Yenisabah.az xəbər verir ki, görüş mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!