Azərbaycan və Türkiyə arasında ortaq təhsil layihəsi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Türkiyə arasında ortaq təhsil layihəsi

Sosial

31 Yanvar 2019 22:19 1036


Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” adlı layihə həyata keçirilir.

“Yeni Sabah” xəbər verir ki, layihənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək, xalqlarımız arasındakı münasibətlərdə yeni səhifə açmaqdan ibarətdir.

Layihə çərçivəsində Türkiyənin Ankara şəhərindəki Mamak Ali Kuşçu məktəbinin şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri ilə məktublaşırlar. Qarşılıqlı məktublaşma çərçivəsində azərbaycanlı və türkiyəli şagirdlər ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, təhsil sistemləri, həmçinin özləri və ailələri barədə məlumatları həmyaşıdları ilə bölüşürlər. Eyni zamanda məktəblilər qarşılıqlı olaraq öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işlərindən ibarət hədiyyələri bir-birinə göndərirlər. Toyuqlu pizza

Qeyd edək ki, layihə iki ölkə məktəblilərinin bir-birini daha yaxından tanıması, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da güclənməsi barədə gələcək nəslin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!