Azərbaycan və Türkiyə hərbi sahədə sənəd imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Türkiyə hərbi sahədə sənəd imzaladı

Siyasət

04 İyun 2021 16:36 770


İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Dördpendirli pizza

Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!