Müdafiə nazirləri memorandum imzaladılar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə nazirləri memorandum imzaladılar

Rəsmi

22 İyul 2025 20:19 878


“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından “IDEF 2025” sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Sezar pizza

Görüşün sonunda "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!