Azərbaycan vətəndaşı Rusiyada piyadaları vurub, 2 nəfər ölüb, 3-ü yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşı Rusiyada piyadaları vurub, 2 nəfər ölüb, 3-ü yaralanıb

Dünya

24 Fevral 2019 23:24 1077


Fevralın 24-ü gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nevski prospektində "BMW X6" markalı avtomobil ilə hərəkətdə olan 30 yaşlı Murad idarəetməni itirərək yoldan çıxıb və maşını səkidə olan piyadaların üzərinə sürüb.

Nəticədə biri ABŞ vətəndaşı olmaqla 2 nəfər ölüb, daha 3-2 isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dördpendirli pizza

Rusiya mətbuatında Muradın Azərbaycandan gəldiyi və 10 ildir ki, Peterburqda yaşadığı bildirilir.

Həmçinin qeyd olunur ki, son iki ildə onun barəsində inzibati qayda pozuntusu barədə 55 protokol tərtib olunub. Eyni zamanda avtomobilin cəriməsinin olduğu bildirilir.

“Report”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!