“Azərbaycan vətəndaşları xoşbəxtdir ki…” 

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan vətəndaşları xoşbəxtdir ki…” 

Siyasət

08 Noyabr 2022 14:47 999


“Güclü lider bütün məsələləri görə bilən, vaxtında düzgün qərar verən və xalqı öz arxasınca apararaq firavan gələcəyə qovuşduran şəxsiyyətdir. İdarəçisi olmayan ölkə kapitanını itirmiş gəmiyə bənzəyir. Çünki kapitanı olmayan gəmi istiqamətini müəyyənləşdirə bilmir və dənizin burulğanında batır. Dünya təcrübəsində müşahidə olunub ki, lideri olmayan ölkələr dağılır, xalqın taleyi isə məhv olur. Azərbaycan vətəndaşları xoşbəxtdir ki, gələcəyini müəyyənləşdirən və düzgün qərarlar verən dövlət başçısı var”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov söyləyib. O qeyd edib ki, 2003-cü ildə Prezident İlham Əliyev xalqın səs çoxluğu ilə hakimiyyətə gəldiyi ilk gündən vətəndaşların və ölkənin gələcəyi istiqamətində çox mühüm qərarlar verdi. Dövlətimizin başçısı gecəni gündüzə qataraq hamıdan çox çalışdı. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi və siyasi müstəqilliyə qovuşdu. Təbii ki, torpaqları işğaldan azad etmək üçün güclü ordumuz yaradılmalı idi və bu proses çox yüksək səviyyədə təşkil olundu. Bundan əlavə, dövlətimizin başçısı ölkəmizin ədalətli mövqeyini dünyaya qəbul etdirdi. Həmçinin əsas beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi ilə bağlı qətnamələr qəbul etdilər.

Azər Badamov bildirib ki, Vətən müharibəsi dövründə ölkəmizə qarşı müxtəlif səviyyələrdə təzyiqlər edildi. Məhz belə dairələrin jurnalistləri hazırlaşıb ittiham dolu suallarla Prezident İlham Əliyevdən müsahibələr almağa Bakıya gəldilər. Belə ki, dövlətimizin başçısı müharibə dövründə 30-dan çox xarici KİV nümayəndəsinə müsahibələr verdi. Jurnalistlərin bütün suallarına çox diplomatik və ədalətə söykənən cavablar verən Prezident İlham Əliyev Azərbaycanı ittiham etməyə gələnlərin arzularını ürəklərində qoydu. Vətən müharibəsi günlərində xalqımız hər axşam televizorun qarşısında oturaraq Ali Baş Komandanın xoş müjdəli xəbərlərini gözləyirdi. Qələbə tvitləri isə xalqımızı sevindirdiyi kimi, düşmənimizi də məyus edir və ruhdan salırdı. Dördpendirli pizza

Deputat vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çox uğurlu taktikası ilə döyüşən Silahlı Qüvvələrimiz 30 illik işğal dövründə keçilməz müdafiə sədləri qurmuş erməni ordusunu 44 gündə darmadağın etdi. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi döyüş səhnələri dünya səviyyəsində bir ilk idi. Ona görə də müharibə başa çatandan sonra dünyanın güclü ordusu olan ölkələri Azərbaycanın təcrübəsini araşdırmağa və öz hərbi məktəblərində tədris etməyə başladılar. Nəhayət noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad olunması ilə düşmən ağ bayraq qaldırdı. Şuşa zəfəri isə Qələbəmizi təmin etdi. Bu Qələbə qəhrəman oğullarımızın qanı-canı bahasına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanıldı.

“2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədinə imza atması ilə sona çatan hərbi əməliyyatlar iki ildir bitsə də, informasiya müharibəsi daha da güclənib.

Ermənistan öz havadarlarına arxalanaraq Azərbaycana yenidən öz istəklərini ifadə etməyə çalışır. Amma mahir diplomat və beynəlxalq siyasətin qrossmeysteri Prezident İlham Əliyev düşmənlərimizin bütün iddialarını rədd edərək dövlətin milli maraqları və ölkəmizin suveren ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını qarşı tərəfə qəbul etdirdi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanı Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsi bağlanacaq və münasibətlər nə zamansa normallaşacaq. Amma bütün proseslər ölkəmizin ərazi bütövlüyü çərçivəsində qurulacaq. Dövlətimizin başçısının sülh müqaviləsinin bağlanması üçün Ermənistana təqdim etdiyi 5 baza prinsipi dünya səviyyəsində beynəlxalq hüquqa əsasən qəbul olunub. Çünki müəllifi Prezident İlham Əliyev olan bu prinsiplər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa və ədalətə söykənir”, - deyə deputat bildirib.

O əlavə edib ki, Azərbaycan artıq qalibdir və digər qalan məsələlər də milli maraqlarımıza uyğun öz həllini tapacaq. Bütün uğurlara isə uzaqgörən, qətiyyətli, vətənini sevən diplomat Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!