Azərbaycan vətəndaşlarını Kərbəlaya aparan avtobus yandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşlarını Kərbəlaya aparan avtobus yandı

Hadisə

10 Oktyabr 2019 12:41 1240


İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.

"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, İranın Əhvaz rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə Və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlıq səbəb olub.

Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib. Marqarita pizza

Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!