Azərbaycan Vətənpərvərlər Partiyasının qurultayı keçirilib 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Vətənpərvərlər Partiyasının qurultayı keçirilib 

Siyasət

01 Oktyabr 2021 16:25 1805


Sentyabrın 29-da Azərbaycan Vətənpərvərlər Partiyasının (AVP) qurultayı keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar qurultay video-konfrans rejimində keçirilib.

Qurultaya 120 nümayəndə seçilib, onlardan 98-i forumda iştirak edib,10 nümayəndə internet problemi ilə əlaqədar,12 nəfər isə üzürlü səbəblərdən qurultayın işində iştirak edə bilməyib.  Dördpendirli pizza

Qurultay iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, bir dəqiqəlik sükutla ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhunu yad ediblər. Qurultayda qonaq qismində müxtəlif şəhər və rayonlardan şəhid ailə üzvləri və qazilər iştirak etmiş və öz çıxışlarında qurultay iştirakçılarına və partiyaya uğurlar arzulamışlar. 

Qurultayda nizamnamə və proqram sənədləri, partiyanın atributları, loqosu, bayrağı və möhürü haqqında qərar verildi. Daha sonra partiyanın sədr vəzifəsini icra edən Mahmudzadə Elvin bir illik fəaliyyəti haqqında qurultay iştirakçılarına məlumatlar verdi.

Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər və yenidən açıq səsvermə ilə partiyanın sədri vəzifəsinə Mahmudzadə Elvini seçiblər. Davamında MNTK üzvləri və Baş Məclisin üzvləri səsvermə yolu ilə seçilib. Gündəlikdəki bütün maddələr qəbul edildikdən sonra Mahmudzadə Elvin çıxış edib.O,partiyanın qarşıdakı hədəflərindən danışıb.Qurultay bununla işini yekunlaşdırıb. Əldə olunan sənədlərin yaxın zamanda Ədliyyə Nazirliyinə təqdim olunacağı qurultay üzvlərinə bildirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!