Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Xalq Hərəkatının təsis konfransı keçirilir.
“Yeni Sabah” xəbər verir ki, Xalq Hərəkatının iclası hazırda davam edir.
Konfransın əvvəlində çıxış edən sabiq Daxili İşlər naziri İsgəndər Həmidov təşkilatın yaranma məqsədindən söz açıb. “Biz Azərbaycanı dəyişəcəyik. Xalqa söykənən, xalqın yaratdığı hakimiyyət olacaq. Bu, kimlərəsə yox, xalqa xidmət edəcək”- deyən İ. Həmidov həmçinin iştirakçıları, regional heyətin üzvlərini, təsisçiləri, o cümlədən təşkilatın loqotipini, bayrağını, himnini təqdim edib. pizza
İclasda Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və digər partiya nümayəndələri, idarə heyətinin üzvləri çıxış edib.
Qeyd edək ki, Xalq Hərəkatının konfransı Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən akt zalında baş tutur.
Telegram kanalımız