“Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz”

Siyasət

26 Noyabr 2022 00:22 684


"Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz".

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

"Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq. Lakin siz məktəbdə 70 uşaq görürsünüz. Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz. Əminəm ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdacaq və proses başlayıb", - İlham Əliyev qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!