“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur”.
Yenisabah.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib. pizza mizza
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.
Telegram kanalımız