Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım etdi

Siyasət

18 Aprel 2026 11:03 415


"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdılandan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edildikdən sonra amansızlıqla qətlə yetirilib. Daha 14 nəfər isə girov götürülüb".

"Yeni Sabah" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımda qeyd olunub.

"Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin bir hissəsi idi. pizza

Bu cür ağır insanlığa qarşı cinayətlər heç vaxt unudulmamalıdır.

Başlıbel qətliamının qurbanlarının xatirəsini ehtiramla yad edirik", - vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!