Azərbaycan XİN Dağıstana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Dağıstana başsağlığı verdi

Siyasət

15 Avqust 2023 10:59 572


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.

"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd edilib. pizza

Xatırladaq ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 30 nəfər həyatını itirib, 100-dən çox adam isə yaralanıb. Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan olunub. Hadisənin baş verdiyi Kumtorkalinski rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!