Azərbaycan XİN ABŞ və Ermənistan arasında əldə olunan razılığı   DƏSTƏKLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN ABŞ və Ermənistan arasında əldə olunan razılığı DƏSTƏKLƏDİ

Siyasət

14 Yanvar 2026 17:43 611


“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutun”a (TRIPP) dair sənədin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinə dair sualı cavablandırarkən deyib. 

O bildirib ki, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir. Pepperoni pizza

“Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir”, - XİN rəsmisi vurğulayıb. 

İlhamə Qasımlı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!