“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün formasını pisləyir”.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.
“İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, - nazirlikdən bildirilib. pizza mizza
Qeyd edək ki, bir neçə gün öncə İsraildə terror aktı törədilib. Hadisə nəticəsində 5 nəfər həlak olub.
Telegram kanalımız