Azərbaycan XİN vətəndaşları Fransaya səfər etməməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN vətəndaşları Fransaya səfər etməməyə çağırdı

Siyasət

01 İyul 2023 21:14 834


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransada iğtişaşlarla bağlı ölkəmizin vətəndaşlarına xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

"Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. pizza mizza

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur", - nazirlikdən bildirilib.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

TEL: +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: paris@mission.mfa.gov.az

secretariat@azambassade.fr


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!