Azərbaycan yanğınsöndürənləri Türkiyədə   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yanğınsöndürənləri Türkiyədə - Fotolar

Maraqlı

31 İyul 2021 09:31 1225


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Yenisabah.az xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunu gətirən təyyarə Türkiyə vaxtı ilə saat 23:10-radələrində Muğla Dalaman Hava Limanına enib.

Birinci qrupun tərkibində FHN-nin 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar. Dördpendirli pizza

Rəsmi dairələr, eləcə də ölkə ictimaiyyəti və yerli media Azərbaycanın tüğyan edən yanğınlarla bağlı köməyini və ümumi narahatlığını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!