Azərbaycanda Sovet dövrünün yaşadılan ənənələrindən biri də fəxri adların verilməsidir. İldə bir neçə dəfə mədəniyyət, elm və digər sosial sahələrdə də fəxri adların verilməsi ilə bağlı sərəncamlar olur. Amma maraqlıdır ki, bu sərəncamlar içərisində “Xalq Şairi” və “Xalq Yazıçısı” adları barmaqla sayılacaq qədərdir. Hər il 5-10 müğənni fəxri ad almağa layıq görülürsə, yazarlar niyə bu sırada olmur?
“Yeni Sabah” bununla bağlı gənc yazarların düşüncəsini öyrənib. Onlar necə düşünür, ölkədə fəxri ad almalı yazıçı və ya şair yoxdurmu? Varsa, kimlərdir?
Aqşin Yenisey: Bu fəxri adların nüfuzu qalmayıb artıq. Formal olaraq xalq dəyər vərir bu cür titulara. Məndən olsa, sovetdən qalan her şəyi dəyişərdim. Fexri adların olduğu halda isə, Ramiz Röşən, Musa Yaqub, Vaqif Bayatılı kimi qələm sahiblərini bu ada layiq görərdim. Pepperoni pizza
Sərdar Amin: Heç kəsə bu absurd titulu rəva bilmərəm. Ümumiyyətlə xalq şairi, xalq yazıçısı fəxri adları heç bir ədəbi, estetik mahiyyət daşımır, əksinə yaradıcı adamın fəaliyyətini qayədən ayırır. Bunun əvəzinə ənənəvi poeziya, nəsr festivalları keçirilsə, qalibə yüksək məbləğdə müküfat verilsə, ədəbi mühit daha canlanar, xarici ölkə yazarların da ədəbiyyatımıza diqqəti yaranar.
Cəlil Cavanşir: Mən ümumiyyətlə yazıçıya və şairə fəxri ad verilməsinin əleyhinəyəm. Ədəbiyyata dəyəri və qiyməti zaman verir. O qədər mənasız xalq şairi, yazıçısı var ki sevdiyim heç kəsə bu adın verilməsini istəməzdim.
Elşən Mehdi: Bu mükafatların nüfuzunu itirdiyini nəzərə alsaq özümə də rəva görmürəm. Və yazıçının, şairin xalq sözünə tabeçiliyinə də qarşıyam. Heç bir ədəbiyyatçı xalqın olmağa məcbur deyil. Ancaq ölkədə sanballı ədəbiyyat mükafatları olsa bu insanları layiq görürəm. Həmid Herisçi, Səlim Babullaoğlu, Aqşin Yenisey, Rasim Qaraca.
Qeyd edək ki, müstəqillik dövründə Azərbaycan xalq şairi adı ilk dəfə Məmməd Araza, sonuncu dəfə isə 2005-ci ildə Sabir Rüstərxanlı, Nəriman Həsənzadə və Zəlimxan Yaquba verilib. Xalq Yazıçı adına isə ilk dəfə 1991-ci ildə Hüseyn Abbaszadə layiq görülüb. Sonucu Xalq yazıçımız isə 2018-ci ildə millət vəkili Elmira Axundovadır.
Əcəmi Əsədulla
Telegram kanalımız