Azərbaycan yenə sərt karantinə gedir?   - “Qarşımızda iki yol var...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yenə sərt karantinə gedir? - “Qarşımızda iki yol var...”

Sağlamlıq

13 Avqust 2021 01:55 34202


“Yay və payız mövsümündə ehtimal olunan böyük dalğalar olarsa, iki yoldan biri seçilməlidir:

A. Yenidən qapanmalar (yollar xaricində);

B. "Yaşıl keçid" (GreenPass)”. Dominos pizza

Yenisabah.az xəbər verir ki, bunu deputat, Operativ Qərargahın səhiyyə bölməsinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, hər biri variantın ayrı ayrılıqda müsbət və mənfi tərəfləri var:

“Ekspertlərin fikrincə, tibbi, hüquqi və iqtisadi cəhətdən B bəndi daha məqbuldur. Keçən ildəkindən fərqli olaraq bu il peyvəndin olması ilə yanaşı, bir çox amillər bizə bunu etməyə imkan verir”.

Deputat qeyd edib ki, çox böyük dalğalarda heç bir yer qapadılmır:

“İctimai yerlər, məktəblər, alış veriş mərkəzləri, restoranlara vəs. sadəcə “COVID pasportu” olanlar, son 6 ay içində yoluxanlar və əlində 72 saat içində PCR analizi olanlar daxil ola bilirlər. Beləcə də iqtisadi fəallıq davam etməklə birlikdə epidemiyolojik vəziyyətə mənfi təsir azaldılmış olur. Bu, sadəcə böyük dalğalar zamanı istifadə olunan metoddur. Avropa və bir çox ölkələrində tətbiq artıq var”.

R.Mahmudov peyvənd vurduranların xəstəliyi daha rahat keçirdiyini bildirib:

“Fərqli ölkələrdə xəstələr üzərində aparılan dürüst statistik analizlər və tədqiqatlar göstərir ki, 2 doza peyvənd olunan və 2-ci dozanın üzərindən 30 gün keçən yoluxanlarda peyvənd olunmamışlarla müqayisədə 90 faiz fərq mövcuddur. Bu fərqlər yoluxma və semptomların dərəcəsində, xəstəxanaya yatışda, reanimasiyaya düşməkdə, ölümdə özünü göstərməkdədir. Peyvənd yoluxmanın qarşısını almır, amma yuxarıdakılara 90 faiz qadirdir”./Cebhe.info 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Murad Umarlı
    Xəstəlik yoxdur Boş şeydi Hər yeri bağlanır ki Millət acından qırılsın
    5 years ago
  • Günay Xudiyeva
    Salam Aleykum Rəbbim bu bəlanı verirki qapananlara lağ edənlər də qapansın ,özlərini çöldə qoyanlarda qapansın,özlərini feminist adlandıranlar da qapansın daha bəsdi qapanmaq vaxtıdı ailəsi qapandıra bilməyənləri Rəbbim nə gözəl qapandırır....
    5 years ago
  • Peri
    Qapanmani duşunende madii problemi olan aileleri fikirlesin hansiki evinde dovletden hec bir yardim almayan az yaşli olan.coreyide qapanan yerlerden cxan.Allah hec bir valideyni ovladinin yaninda utandirmasin
    5 years ago
  • Arzu Ezizova
    Qapama olmasa yoluxma günügün artır bes ne gözlürsüz. Canınız olmasa nece pul qazanacaqsız. Esas can saglıgıdı. Evde otrun birdene bizim ölke deyil bütün ölkeler bu vezyyetdedi. Başqa ölkelere baxmış bizde qapama var idi deye ölüm az idi. Ölke belke getse 85 faiz yoluxma gözlüyür.
    5 years ago
    • Fuad
      Fuad
      Virusdan ölmək ACLIQDAN ÖLMƏKDƏN yaxşıdı.
      5 years ago  Like (0)
  • Simuzər
    Qapanma olsa daha yaxşı olar
    5 years ago
    • Elena
      Elena
      Sen pulun coxdu ;milet neylesin acinan olsun zibil
      5 years ago  Like (0)
    • Samirə
      Samirə
      Bəs bəzi bədbəxt xalq neynəsin qapanıb müfdə pul alanlar var bəs fəhlə casıb kirədə qalanlar məktəb uşaqlar keyləşmə gedir belə getsə pulu olan yaşayacaq pulu olmayan dərd tapıb öləgəy hec xəstəliysiz????????
      5 years ago  Like (0)
    • Rövşən
      Rövşən
      Beli besdir lut gezdiler. Qapanmaq vaxtidir
      5 years ago  Like (0)
  • Osman Ibrahimov
    Neynisiz edin toylari baglamayin corek pulumuzu qazanaq
    5 years ago
    • Nizami Ehmedov
      Nizami Ehmedov
      Toysuz evlənsinlər.gərək elə toy ola.
      5 years ago  Like (0)
  • Fəridə
    Qapanma olmasa yaxşıdır.
    5 years ago