Azərbaycan yığması təlim-məşqlərə başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yığması təlim-məşqlərə başlayıb

İdman

24 Aprel 2019 17:28 958


Yunan-Roma güləşi Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb. 

"Yeni Sabah” xəbər verir ki, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən milli bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. 

Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komanda Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Dördpendirli pizza

Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmaların da hazırlıq planı bəlli olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!