Azərbaycan yollarında yalançı yol polisi maşınları peyda oldu -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yollarında yalançı yol polisi maşınları peyda oldu - Fotolar

Avto

27 İyul 2019 15:40 5529


Bu gündən başlayaraq Azərbaycanın bir sıra magistral yollarında yol polisi maşınlarının maketləri quraşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, artıq bir çox yollara bu maketlərdən qoyulub və bununla sürücülər aldadılaraq sürət həddini aşmamağa məcbur edilir.

Hazırda həmin maketlərin Kürdəmir rayonu ərazisində quraşdırılması işi aparılır. Bu haqda saytımıza xəbər verən hadisə şahidləri bildiriblər ki, hətta gecələr bu “maşınların” üstündə  sayrışan işıqlar olacaq. Dominos pizza

Yol polisi rəhbərliyinin belə bir addım atmasına səbəb isə sürücüləri qarşıda yol polisi olduğu mesajı ilə aldadaraq onları qayda pozmaqdan çəkindirməkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!