Azərbaycan Zamirənin pullarını geri qaytarmaq istəyirsə...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Zamirənin pullarını geri qaytarmaq istəyirsə...

Xalqın səsi

19 Yanvar 2019 19:52 1435


Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan єəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Belə olan halda həmin əmlakların satışından əldə olunan gəlir Azərbaycana qaytarıla bilərmi?

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Z.Hacıyeva istəsə belə həmin əmlakların əldə olunmasına xərclənmiş pulların mənbəyini açıqlaya bilməz. Çünki həmin pullar biznesdən əldə olunan gəlir deyil: “Bu məsələdə heç kimin şübhəsi yoxdur. Zamirə Hacıyeva əvvəlki kimi desə ki, pulları həyat yoldaşı ona verib, bu halda Cahangir Hacıyev həmin pulların mənbəyini açıqlamalıdır. Belədə də sual çıxacaq ki, Beynəlxalq Bankın rəhbəri olaraq o bu qədər pul qazana bilərdimi? Sualın cavabı da bəllidir, xeyr, qazana bilməzdi”. pizza mizza

Ə.Həsənov həmin pulların Azərbaycana qaytarılması üçün gərəkən addımları bir daha xatırladıb: “ Zamirə Hacıyevanın Londonda sağa-sola xərclədiyi pulları Azərbaycan dövləti geri qaytarmaq istəyirsə, İngiltərə məhkəməsinin tələb edəcəyi dəlilləri indidən hazırlamalıdır. Azərbaycanda bu işi səviyyəli etməyi bacaran az sayda hüquqşünas var. Cahangir Hacıyev təkbaşına bu qədər pulu ələ keçirə bilməzdi. O boyda pulun çıxarılmasında azı 200 nəfər iştirak edib. Azərbaycan dövləti London məhkəməsinə müraciət etsə, bir-bir, sənədlərlə, sübutlarla isbat etməlidir ki, pullar oğurlanıb, oğurluqlara görə Cahangir Hacıyev başda olmaqla təqsirkarlar cəzalandırılıblar”.

musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!