Azərbaycana 21 kq narkotik keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 21 kq narkotik keçirmək istədilər

Kriminal

08 Fevral 2019 15:10 916


Döv­lət Sərhəd Xidməti 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixortop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısını alıb.

DSX-dan "Yeni Sabah"a verilən məlumata görə, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­ıb, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmayıb və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­ıblar.  pizza hut

O cümlədən, fevralın 3-də “Lənkəran” sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tir­yək”, 105 qram “mari­xuana”, həm­çinin 190 ədəd “tramol 225” mar­kalı həb, 175 ml “mydrax” mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb.

Fevralın 4-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!